Aykut Kocaman "Qalatasaray"ı təbrik etdi

Aykut Kocaman "Qalatasaray"ı təbrik etdi

İstanbulun "Fənərbaxça" futbol klubunun baş məşqçisi Aykut Kocaman, keçirdiyi mətbuat konfransında əzəli rəqibləri olan "Qalatasaray" barədə açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi "Qalatasaray"ın "Şalke"ni məğlub edərək, UEFA Çempionlar Liqasının 1\4 final mərhələsinə adlamasını böyük hadisə kimi qiymətləndirərək, bu münasibətlə bütün "Qalatasaray" azarkeşlərini təbrik edib. A.Kocaman bildirib ki, bu axşam onlar da qələbə qazanaraq, bütün Türkiyəni sevincə qərq etmək istəyindədirlər. Xatırladaq ki, "Fənərbaxça" bu axşam öz meydanında UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Viktoriya" ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə