Hamit Altıntopdan "Şalke" azarkeşlərinə maraqlı mesaj

Hamit Altıntopdan "Şalke" azarkeşlərinə maraqlı mesaj

İstanbulun "Qalatasaray" futbol klubunun forvardı Hamit Altıntop, maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, FİFA-nın rəsmi saytına açıqlama verən H.Altıntop bildirib ki, artıq onu qarşıdakı mərhələdəki rəqib komandanın kimliyi düşündürür. "Şalke" üzərində əzmkar qələbə qazandıqlarını deyən H. Altıntop, alman klubuna vurduğu qola görə, 2003-2007-ci illərdə çıxış etdiyi keçmiş komandasının azarkeşlərinin onu bağışlayacaqlarına əmin olduğunu da dilə gətirib. H.Altıntop bildirib ki, hazırda əsas məqsədləri UEFA Çempionlar Liqasının finalına qədər irəliləməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə