FİLA və CELA ilə Avropa Olimpiya Komitəsi arasında müqavilə imzalanıb

FİLA və CELA ilə Avropa Olimpiya Komitəsi arasında müqavilə imzalanıb

Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti vəzifəsini icra edən Nenad Laloviç və Avropa Güləş Federasiyasının (CELA) prezidenti Çeno Çenov Avropa Olimpiya Komitəsi ilə müqavilə imzalayıblar. Siasport.az saytının məlumatına görə, müqaviləyə əsasən sərbəst, qadın və yunan-Roma güləşi üzrə növlər 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarının proqramına salınıb.

Qeyd edək ki, bu müqavilədən sonra güləş üzrə 2015-ci ildə keçiriləcək Avropa çempionatı ilə bağlı qeyri-müəyyənlik yaranıb. Lakin böyük ehtimalla həmin ildə qitə birinciliyi keçirilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə