"Qarabağ" istirahətə buraxılıb. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın final mərhələsinin ilk turunda dünən "Simurq"la qarşılaşan Ağdam təmsilçisi gecə Bakıya qayıdıb. Milli oyunlarla əlaqədar olaraq yaranacaq fasilə ilə bağlı "ağ-qaralıların" çalışdırıcısı Qurban Qurbanov futbolçulara 3 günlük istirahət verib. Komanda martın 16-da yenidən yığışaraq məşqlərə başlayacaq.
Qeyd edək ki, Premyer Liqada yaranmış fasilə martın 30-da başa çatacaq. "Qarabağ" qeyd olunan tarixdə "Qəbələ" ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB