Bu axşam UEFA Çempionlar Liqasının 1\4 final mərhələsində iştirak edəcək daha 2 komandanın adına aydınlıq gələcək. Siasport.az saytı xəbər verir ki, "Portu" ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəldiyi "Malaqa" ilə səfərdə münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşmada istənilən hesablı heç-heçə Portuqaliya təmsilçisini 1/4 final mərhələsinə çıxaracaq. Gecənin digər bir qarşılaşmasında isə, Londonda "Arsenal"ı 3:1 hesabı ilə məğlub edən "Bavariya" "topçular"ı qəbul edəcək. Əksər futbol mütəxəssisləri bu qarşılaşmada açıq şəkildə "Bavariya"nı favorit saysalar da, "Arsenal"ın Almaniyada hansı futbolu sərgiləyəcəyi maraqla gözlənilir. xatırladaq ki, bütün qarşılaşmalar bakı vaxtı iləs aat 23:45-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB