İstanbulun "Qalatasaray" futbol klubunun forvardı Didye Droqba, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində qarşılaşmaq istədikləri komandanın adını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu Fransa mətbuatına verdiyi açıqlamada bildirib ki, o 1/4 final mərhələsində "PSJ" ilə qarşılaşmağı arzu edir. Bu fikrini Almaniyada olduğu kimi, Fransada da türklərin çoxluq təşkil etməsi ilə əlaqələndirən D.Droqba, belə olacağı təqdirdə olduqca maraqlı bir qarşılaşmanın baş tutacağını elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB