"Qalatasaray"ın ulduz futbolçusu Didye Droqba, "Şalke" üzərində qazanılan 3:2 hesablı əzmkar qələbədən sonra, Türkiyənin "NTV Spor" kanalına açıqlama verib. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbolçu "Şalke" ilə cavab qarşılaşmasında fərqli birinci və ikinci hissələrin oynanıldığını bildirib. D.Droqba, komandasının almanlar qarşısında olduqca əzmkar oyun sərgilədiyini deyərək, ilk növbədə Burak Yılmaz kimi hücumçuya sahib olduqları üçün xoşbəxt olduqlarını elan edib: "Bütün komanda əzmkar oyun göstərdi. Amma Burak kimi hücumçuya sahib olduqumuz üçün çox şanslıyıq. hazırda o Çempionlar Liqasının ən sərrast futbolçularından biridir. Bu heyətlə finala qədər gedə biləcəyimizi deyə bilərəm"-deyə D.Droqba fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB