Dünən axşam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Şalke" ilə dramatik oyunda qələbə qazanan və 1/4 finala yüksələn "Qalatasaray", böyük müzakirə mövsuzuna çevrilib. Siasport.az saytı xəbər verir ki, dünya mediyası və tanınmış axrici mütəxəssislərlə yanaşı, Türkiyənin futbol adamları da "cim bom"un qələbəsinə geniş yer veriblər. "Beşiktaş"ın keçmiş kapitanı olan Sergen Yalçın isə, maraqlı açıqlama ilə çıxış edib. Hazırda futbol şərhçisi kimi fəaliyyət göstərən keçmiş "Beşiktaş"lı, bir həftə öncə bu heyətlə "Qalatasaray"ın "Şalke"ni məğlub edə bilməyəcəyi ilə bağlı dediyi sözləri xatırladaraq, "cim bom"un Almaniyada olduqca əzmkar futbol sərgilədiyini, bu cür əzmkar sistemlə Çempionlar Lİqasında finala qədər irəliləyə biləcəyini etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB