Bakıda YUNESKO-nun iclası keçirilir

Bakıda YUNESKO-nun iclası keçirilir

Bu gün Bakıdakı "Park İnn" mehmanxanasında YUNESKO-nun Bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəsinin fövqəladə və daimi məşvərətçi şuranın iclası öz işinə başlayıb. Siasport.az saytının məlumatına görə, fövqəladə iclas bu ilin mayında Almaniyanın paytaxtı Berlində dünya bədən tərbiyəsi və idmana məsul nazirlərin və rəsmilərin 5-ci konfransı zamanı (MINEPS V) qəbul ediləcək. Nazirlərin Yekun Bəyannaməsi ilə əlaqədar bütün tövsiyələrlə bağlı son tamamlama işlərini görmək məqsədi daşıyır. Tədbirdə 50-dən çox nümayəndə iştirak edir.

Fövqəladə iclasda oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini qoruyub saxlamaq istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi, hər kəsin idmanla məşğul olmaq kimi fundamental hüququnun dəstəklənməsi, bədən tərbiyəsi və idman sahəsinə dövlətlərin investisiyasının təşviq edilməsi mövzuları müzakirə olunur.

Qeyd edək ki, ötən il aprelin 18-19-da İsveçrənin Lozanna şəhərində YUNESKO-nun Bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəsinin iclasında komitənin fövqəladə iclasının və daimi məşvərətçi şuranın iclasının martın 13-15-də Bakıda keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə