Bu gündən etibarən Bakı şəhərində təlim-məşq toplanışına başlayan Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu çağırılıb. Siasport.az saytının məlumatına görə, "Simurq" klubunun üzvü İlkin Qırtımov millinin hazırlıq prosesinə cəlb olunub. Toplanışa dəvət olunmuş Elhad Nəziri martın 17-dən, Ruslan Abışov və Cihan Özkara isə martın 18-dən etibarən millinin heyətinə qoşulacaq.
Xatırladaq ki, millimiz DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq şəhərində Lüksemburq, martın 26-da isə Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB