"Barsa" dərs, "cim-bom" "Şalke"nin üstündən keçdi

"Barsa" dərs, "cim-bom" "Şalke"nin üstündən keçdi

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Siasport.az saytının məlumatına görə, "Barselona" öz meydanında "Milan"ı qəbul edib. Oyunda ispanlar 4 cavabsız qolla qələbə qazanıblar. Matçda Lionel Messi, David Villa, Xordi Alba fərqlənib. Lionel Messi aktivinə 2 qol yazıb.
Günün digər qarşılaşması Almaniyada baş tutub. "Qalatasaray" "Şalke"nin qonağı olub. Matçda sevinən tərəf türklər olub. Oyun 2:3 hesabı ilə "Qalatasaray"ın xeyirinə bitib. "Cim-bom"un qollarını Hamit Altıntop, Burak Yılmaz və Umut Bulut vurub.

Çempionlar Liqası, 1/8 final mərhələsinin cavab oyunları

12 mart

23:45. "Barselona" (İspaniya) - "Milan" (İtaliya) 4:0

(ilk oyun - 0:2)

Qollar: Lionel Messi, 5, 40, David Vilya, 55, Xordi Alba, 90+1

23:45. "Şalke" (Almaniya) - "Qalatasaray" (Türkiyə) 2:3

(ilk oyun - 1:1)

Qollar: Roman Neüştader, 17, Mişel Bastos, 63 - Hamit Altıntop, 37, Burak Yılmaz, 42, Umut Bulut, 90+5

Bütün xəbərlər Facebook səhifəmizdə