Azərbaycan gimnastı Rusiya turnirində birinci oldu

Azərbaycan gimnastı Rusiya turnirində birinci oldu

Moskvada Yana Batırşinanın mükafatları uğrunda bədii gimnastika üzrə 2-ci açıq turnir keçirilib. Siasport.az saytının məlumatına görə, gənc Azərbaycan gimnastı Leyli İbrahimova turnirin qaliblərindən biri olub. O, 2001-ci il təvəllüdlü idmançılar arasında birinci yeri tutub. Leylinin məşqçisi Nurlanə Əlizadədir.

Azərbaycanın daha iki nümayəndəsi - Lalə Kramarenko (2004) və Ruqiyyə Səttarova (2000) 3-cü yeri tutublar.

Yarışda Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Macarıstan və Kiprdən gənc gimnastlar iştirak ediblər.

Qeyd edək ki, fəxri kürsüyə qalxanlara mükafatları yaxın keçmişdə məşhur olan gimnastlar, o cümlədən Azərbaycan idmançısı Aliyə Qarayeva təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə