Taekvondoçulardan 5 medal gəldi

Taekvondoçulardan 5 medal gəldi

Azərbaycan taekvondoçularının uğurları davam edir. Siasport.az saytının məlumatına görə, Hamburqda "German Open" beynəlxalq turnirində iştirak edən idmançılarımız beş medal qazanıblar.

Yarışda Ramin Əzizov (80 kq) qızıl, Xəyalə Quliyeva (46 kq) gümüş, Samir Aydınov (54 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) isə bürünc medalın sahibi olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə