Emin Quliyev: "Oyun haqqında çox danışmayacağam"

Emin Quliyev: "Oyun haqqında çox danışmayacağam"

Topaz Premyer Liqasının 23-cü turunda "Rəvan" doğma meydanda "Xəzər Lənkəran"ı minimal hesabla məğlub edib - 1:0. Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:

Emin Quliyev, "Xəzər Lənkəran" klubunun məşqçisi: "Oyun haqqında çox danışmayacağam. Bu gün əsas heyətdə bir çox itkilərlə çıxmışdıq, oyunda bunun nəticəsini gördük".

Ramil Əliyev, "Rəvan" klubunun baş məşqçisi: "Oyuna fəal başladıq. Turnir cədvəlindəki mövqeyimiz bütün oyunlarda qalib gəlməyə sövq edir. Hər oyuna qələbə əzmi ilə çıxmağımız da əlavə psixoloji yükdür. Heyətdə dəyişiklik etdikdən sonra oyunda üstünlüyü ələ aldıq və qələbə qazandıq".

Bütün xəbərlər Facebook səhifəmizdə