"Bakı" "Neftçi" ilə heç-heçə etdi, "Xəzər Lənkəran" "Rəvan"a məğlub oldu

"Bakı" "Neftçi" ilə heç-heçə etdi, "Xəzər Lənkəran" "Rəvan"a məğlub oldu

Bu gün Topaz Premyer Liqasının 23-cü turunun daha 2 görüşü keçirilib. Siasport.az saytının məlumatına görə, "Bakı" öz meydanında "Neftçi"ni qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə bitib.
Günün digər qarşılaşması isə "Rəvan" və "Xəzər Lənkəran" arasında baş tutub. Qonaqlar 0:1 hesabı ilə məğlub olublar.

Oyunlarla bağlı daha ətraflı aşağıdakı protokollardan məlumatlar əldə edə bilərsiniz:

Premyer Liqa

Final Mərhələsi
XXIII tur, 12 mart

"Bakı" – "Neftçi" 1:1
Qollar: Marius Pena, 82 - Araz Abdullayev, 44.
"Bakı": 82. Edin Nuredinoski, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauskis, 8. Juninyo, 10. Mario Lukas Horvat, 14. Elvin Əliyev, 24. Marius Pena, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev, 77. Aleksandar Soliç (k), 88. Cavid Hüseynov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 3. Deniss İvanovs, 11. Elvin Məmmədov, 19. Nurlan Novruzov, 22. Risto Ristoviç, 27. George Popxadze, 28. Ferdi Elmas.
Baş məşqçi: Bojidar Bandoviç.
"Neftçi": 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Araz Abdullayev, 6. Rəşad Sadiqov (k), 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Conni Leoni, 2. Jose Luis Kabion, 4. Tərlan Quliyev, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 25. Cavid İmamverdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Sarı vərəqələr:
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elşən Acalov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 15.00.

"Rəvan" – "Xəzər Lənkəran" 1:0
Qollar: Xuan Manuel Varea, 90-pen.
"Rəvan": 1. Lukaş Sapela, 4. Nodar Məmmədov, 5. Nikolay Orlovski, 7. Ramil Həşimzadə, 8. Tural Axundov (k), 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 18. Samuel Barlay, 20. Miloş Adamoviç, 25. Ayaz Mehdiyev.
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 9. Vüsal Qarayev, 11. Anar Hüseynov, 15. Tural Cəlilov, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 22. Tofiq Mikayılov.
Baş məşqçi: Ramil Əliyev.
"Xəzər Lənkəran": 30. Tonio Doblas, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev (k), 6. Robert Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Uğur Pamuk, 10. Elnur Abdullayev, 24. Gökhan Güleç, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 26. Tərlan Qasımzadə, 11. Dmitrios Sialmas, 17. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev, 35. Lusiano Olquin, 21. Radomir Todorov, 42. Kamran Abdullazadə.
Məşqçi: Emin Quliyev.
Qırmızı vərəqə: Elnur Abdullayev, 74.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Murad Məmmədov.
"Bayıl Arena". Saat 15.00.

Bütün xəbərlər Facebook səhifəmizdə