Ən güclü samboçularımız kimlərdir?

Ən güclü samboçularımız kimlərdir?

Şağan Olimpiya Kompleksində kişilər arasında sambo üzrə Azərbaycan çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda 150-dən artıq idmançı birincilik uğrunda mübarizə aparıb.

Çempionatda Əfqan Abdullayev (52 kq), Röval Dünyamalıyev (57 kq), Cavidan Qarayev (62 kq), Bəhram Əliyev (68 kq), Zülfüqar Quliyev (74 kq), Araz Muxtarov (82 kq), Kənan Qasımov (90 kq), Nizami Məmmədov (100 kq) və Zaur Bağırov (100 kq-dan yuxarı) fəxri küsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, yarışın baş hakimi Cavid İsmayılov olub.

Bütün xəbərlər Facebook səhifəmizdə