İdman Araşdırmalar Mərkəzi (İAM) Peşəkar Futbol Liqasına (PFL) yeni təkliflər təqdim edəcək. Siasport.az saytının məlumatına görə, bu barədə bu gün mətbuat konfransı keçirən qurumun sədri Elşən Məmmədov məlumat verib. O, İAM-ın Topaz Premyer Liqası, I Divizion və Azərbaycan Kubokunun keçirilmə formatı ilə bağlı yeni təkliflər hazırladığını qeyd edərək, layihənin əhəmiyyətindən danışıb. E.Məmmədov hazırlanmış yeni təklifləri bəndlər üzrə jurnalistlərin diqqətinə çatdırıb.
Mərkəzin hazırladığı təklifləri nəzərinizə çatdırırıq:
1. Topaz Premyer Liqasındakı komandaların sayı 14-ə çatdırılsın, "6-lıq" sistemi ləğv olunsun. Komandalar 2 dövrəlik mübarizə əsasında 26 tur mübarizə aparsın.
2. Premyer Liqanı 1+1 yox (sonuncu klub birbaşa, sondan əvvəlki I divizionda 2-ci yeri tutanla "pley-off" oynamaqla), 2+1 (son 2 klub birbaşa, sondan 3-cü isə I divizionda 3-cü yeri tutanla "pley-off" oynamaqla) klub tərk etsin
3. Üzvlük haqqı, cərimələr və ya legionerlər üçün ödəmələrin ən azı biri azaldılsın
4. I divizionda 13 yox, 11 klub 2 dövrəlik sistemlə mübarizə aparsın (I diviziona yeni yaradılan klublar gəlməsə)
5. Azərbaycan Kubokunda qrup mərhələsi tətbiq olunsun. Hər qrupda 4 komanda olsun. 7 klub (6+1) qrup mərhələsinə birbaşa vəsiqə qazansın, qalan 9 klub təsnifat mərhələsindən ev və səfər prinsipi ilə oyunlar nəticəsində gəlsin (9 cütun qalibləri)
6. Premyer Liqa və I divizion komandalarının sayı üst-üstə 26 olarsa, qrup mərhələsinə birbaşa 6 klub (ilk "6-lığ"a düşənlər) vəsiqə qazansın, qalan 20 klub təsnifat mərhələsində daha 10 vəsiqənin taleyinə ev və səfər prinsipi ilə aydınlıq gətirsin. Komandaların sayı daha çox olarsa, təsnifat mərhələsi öncəsi ilkin oyun və ya oyunlar da keçirilsin.
7. Azərbaycan Kubokunda mükafat fondu artırılsın. Pul mükafatı yalnız kubokun qalibinə verilməsin, qrup mərhələsinə düşənlər və "pley-off"a vəsiqə qazananlar arasında adlayacaqları mərhələlərə uyğun olaraq bölüşdürülsün
8. Azərbaycan Kubokunun qrup mərhələsində yerini birbaşa təmin edən komandalardan 4-ü qrup lideri, 3-ü isə qrup 2-cisi kimi bölünsün. Təsnifat mərhələsindən vəsiqə qazanacaq 9 klub qalan yerlərə bölüşdürülsün. Bölgü püşkatma yolu ilə aparılsın
9. Növbəti mövsümlərdə qrup mərhələsinə birbaşa vəsiqələr Premyer Liqada ilk 6 və ya 7 pilləni tutanlara verilsin.
Qurum rəhbəri təklifləri səsləndirdikdən sonra yeni formatın çempionat və kubok oyunlarına xeyrindən söz açıb. E.Məmmədov hazırlanan təkliflərin üstün cəhətlərini qeyd edərək, bu layihənin Azərbaycan futboluna marağı artıracağını qeyd edib:
1. Bu halda Topaz Premyer Liqası klubu ən azı 26 (iki dövrəyə üst-üstə) + 2 (təsnifat mərhələsində ev və səfər oyunları) = 28, ən çoxu 26 (iki dövrəyə üst-üstə) +2 (təsnifat mərhələsində ev və səfər oyunları) + 6 (qrup mərhələsində 3 rəqiblə ev və səfər oyunları) + 2 (1/4 finalda ev və səfər oyunları) + 2 (yarımfinalda ev və səfər oyunları) + 1 (final) = 39 oyun keçirir. I divizion klubu isə ən azı 20 (iki dövrəyə üst-üstə) + 2 (təsnifat mərhələsində ev və səfər oyunları) = 22, ən çoxu 20 (iki dövrəyə üst-üstə ) + 2 (təsnifat mərhələsində ev və səfər oyunları) + 6 (qrup mərhələsində 3 rəqiblə ev və səfər oyunları) + 2 (1/4 finalda ev və səfər oyunları) + 2 (yarımfinalda ev və səfər oyunları) + 1 (final) = 33 matça çıxır.
2. Bu mövsüm final mərhələsində ikinci "6-lıq"da stimul artır, çünki burada 1-ci yeri tutmaqla gələn mövsüm Azərbaycan Kubokunun qrup mərhələsinə birbaşa vəsiqə qazanılır.
3. Hazırkı formatda demək olar ki, əhəmiyyətsiz görünən ikinci "6-lıq" aradan qalxır.
4. I diviziondan Azərbaycan Kubokunun qrup mərhələsində ən azı 2 komanda oynayır. Bura Premyer Liqada say artımı nəticəsində I diviziondan gələn daha 2 komandanı da əlavə etsək, bu say 4 olur.
5. I divizion klubu Premyer Liqa komandaları ilə daha çox üz-üzə gələrək, təcrübə toplayır ki, gələcəkdə Premyer Liqada oynadığı vaxt da rəqabətə hazır olsun.
6. I divizion klubu Azərbaycan Kubokunda çıxış etdiyi qrupda hətta 2-ci yer uğrunda mübarizə imkanı əldə edir. Nəticədə son illər Azərbaycan Kuboku tarixində ilk dəfə ¼ finaladək irəliləməyi bacarır.
7. Bu formatın tətbiqi nəticəsində Premyer Liqadakı hazırkı sistemdən başqasına keçid zamanı da əlavə problem ortaya çıxmır.
8. Azərbaycan Kubokuna maraq artır. Qrup mərhələsinin oyunları çox olduğu üçün Azərbaycan Kubokuna da titul sponsorunun tapılması sarıdan problemlər azalır.
9. Premyer Liqada ilk 6 və ya 7 pilləni tutanlar Azərbaycan Kubokunun qrup mərhələsinə avtomatik vəsiqə qazanmaqla, müəyyən məbləğdə bonusa sahib olurlar.
10. Daha çox ehtiyacı olan I divizion klubu qrup mərhələsinə vəsiqə qazanmaqla, ən azı yol xərclərini qarantiləyir.
11. Üzvlük haqqı, cərimələr və ya legionerlər üçün ödəmələr azaldılmaqla Premyer Liqa və I divizion komandalarının zəifləmə və ya dağılma təhlükəsi minimuma enir.
12. I divizionda klubların say azlığı mövcud reallıqda imkansızların xərclərinin azalmasına səbəb olur.
13. Azərbaycan Kubokunda qrup mərhələsinin tətbiqi UEFA tərəfindən başladılan milli federasiyalarda ölkə kubokuna diqqət artımı kampaniyasına bir dəstək olur.
14. Premyer Liqada mübarizə təkcə mükafatlar və Avropa kuboklarına vəsiqə verən 3-4 pillə uğrunda deyil, Azərbaycan Kubokunun qrup mərhələsinə birbaşa vəsiqə imkanı verən 6-7 pillə uğrunda gedir.
15. 14 komandalı çempionatda son pillələri tutma təhlükəsi ilə daha çox klub üzləşir. Nəticədə belə bir təhlükədən qurtulmaq üçün klublar arasında daha ciddi rəqabət gedir.
16. 14 klubdan 7-si Azərbaycan Kubokunun qrup mərhələsinə düşmək, 3-ü Premyer Liqada qalmaq üçün yarışırsa, qalan 4 klub ən yaxşı "7-liy"ə düşmək və ya ən zəif "3-lüy"ə düşməmək üçün mübarizə aparır.
İAM rəhbəri Topaz Premyer Liqasında və I Divizionda turnir cədvəlinə əsasən klubların ölkə kubokunda necə bölünəcəyini izah edib. Buna əsasən ilk "7-lik"də yer alanlar 4 qrupa bölünür. Komandaların adlarının şərti olaraq göstərildiyi cədvəllərdə 3 qrupda 2, digərində 1 "7-lik" komandası qərarlaşıb.
|
A qrupu |
B qrupu |
C qrupu |
D qrupu |
|
"Neftçi" |
"İnter" |
"Qarabağ" |
"Simurq |
|
"Qəbələ" |
"Bakı" |
AZAL |
|
|
|
|
|
|
|
|
|
|
|
Premyer Liqanın digər 5 klubu ilə aşağı dəstə təmsilçiləri isə təsnifat mərhələsi üçün 2 səbətə bölünəcək.
|
Səpələnmişlər |
Səpələnməmişlər |
|
"Xəzər Lənkəran" |
"Şahdağ" |
|
"Turan" |
MOİK |
|
"Sumqayıt" |
"Bakılı" |
|
"Rəvan" |
"Qala" |
|
"Kəpəz" |
"Lokomotiv" |
|
"Qaradağ-Lökbatan" |
"Şuşa" |
|
"Neftçala" |
"Göyəzən" |
|
"Ağsu" |
"Energetik" |
|
"Tərəqqi" |
"Şəmkir" |
Daha sonra isə jurnalistlərlə müzakirələr başlayıb, qurum rəhbəri media nümayandələrinin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB