Elşən İsmayılov: “Rabitə”nin finala yüksələcəyinə inanırdıq"

Elşən İsmayılov: “Rabitə”nin finala yüksələcəyinə inanırdıq"

"Bakının qadınlardan ibarət "Rabitə" voleybol komandasının Çempionlar Liqası yarışlarının gümüş medalını qazanması tarixi nailiyyətdir". Siasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov deyib. O bildirib ki, artıq ikinci dəfədir "Rabitə" bu mötəbər yarışın gümüş medalına sahib olur: "Biz "Rabitə"nin finala yüksələcəyinə inanırdıq. Çünki komanda güclü voleybolçulardan təşkil olunub. Komandamız mötəbər turnirin qrup mərhələsindəki uğurlu çıxışı ilə də yadda qaldı".

"Rabitə"nin finalda qalib gəlməsi üçün lazımi potensialın olduğunu vurğulayan E.İsmayılov növbəti mövsümdə Bakının Çempionlar Liqası yarışlarının "Dördlər finalı"na ev sahibliyi etməsinin mümkünlüyünü bildirib.

Qeyd edək ki, "Rabitə" komandası İstanbulda keçirilmiş "Dördlər finalı"nın həlledici görüşündə Türkiyənin "Vakıfbank" kollektivinin voleybolçuları ilə qarşılaşmada 0:3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə