İdman Araşdırmalar Mərkəzi (İAM) Topaz Premyer Liqası, Azərbaycan Kuboku və I Dvizionun yeni formatı ilə bağlı təkliflər hazırlayıb. Siasport.az saytının məlumatına görə, bununla bağlı martın 12-də saat 12:00-da "APAHolding"in ofisində mətbuat konfransı keçiriləcək. Tədbirdə təklif olunan yeni format təqdim olunacaq. İdman Araşdırmalar Mərkəzi "6-lıq" sisteminin ləğvini, Azərbaycan Kubokuna marağın daha çox olmasını, I divizion komandalarının ölkə kubokunda daha çox oyun keçirmələrini məqsədəuyğun sayaraq, bu meyarlara cavab verən format təklif edir: "UEFA prezidenti Mişel Platini də bildirib ki, ölkələr milli kubok yarışlarına daha ciddi yanaşmalıdırlar. Hətta o, ölkə kubokunun qalibinin Avroliqaya yox, ÇL-ə getməsini təklif edib. Bütün bunları nəzərə alaraq, ciddi əsaslara söykənmiş format hazırlamışıq ki, onu da tədbir zamanı geniş şəkildə təqdim edəcəyik", - deyə qurumun sədri Elşən Məmmədov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB