“Rəvan” “Xəzər Lənkəran”la oyuna itkisiz cıxacaq

“Rəvan” “Xəzər Lənkəran”la oyuna itkisiz cıxacaq

Bu gün Topaz Premyer Liqasında final mərhələsinə start veriləcək. Siasport.az saytının məlumatına görə, ikinci "altılıq"da oynayacaq "Rəvan" futbol klubu sabah "Xəzər Lənkəran" ilə üz-üzə gələcək. Bakı təmsilçisi bu gün səhər məşqi ilə oyuna hazırlığını başa vurub.

Qeyd edək ki, kubok matçından sonra cümə günü istirahət edən futbolçular şənbə günündən hazırlıqlara başlayıb. İlk məşqdə Lənkərandakı matçda əsas heyətdə yer alanlar bərpa məşqi ilə kifayətlənibsə, qalanları tam yüklənmə ilə hazırlaşıb. Bazar günü və bu gün baş tutan məşqlərdə isə bütün komanda tam hazırlıqda iştirak edib. "Bayıl Arena"da baş tutan məşqlərdə futbolçular iki saata yaxın müddətdə verilən tapşırıqları yerinə yetirib, çatışmayan cəhətlər üzərində işləyiblər.

Baş məşqçi Ramil Əliyevi sevindirən məqamlar da yox deyil. Birincisi, "Xəzər Lənkəran"la kubok görüşünü zədə səbəbi ilə buraxan Samuel Barlay sıraya dönüb. İkincisi, "Qarabağ"la oyunda qırmızı vərəqə görən Miloş Adamoviçin cəzası başa çatıb. Bu isə o deməkdir ki, "Xəzər Lənkəran"la çempionat oyununa "Rəvan" itkisiz çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə