Nikolas Kanales: "Fərdi mükafatlar isə ikinci dərəcəlidir"

Nikolas Kanales: "Fərdi mükafatlar isə ikinci dərəcəlidir"

"Neftçi" PFK-nın hücumçusu Nikolas Kanales Topaz Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilib. Siasport.az saytının məlumatına görə, çempionatın ən sərrast oyunçusu mükafatlandırma mərasimindən sonra klubumuzun danışıb: "Bu mənim Azərbaycanda qazandığım ilk fərdi mükafatdır. Amma ayın ən yaxşısı seçilməyim təkcə mənim yox, bütövlükdə komandamızın uğurudur. Biz meydanda var qüvvəmizi qələbə qazanmaq üçün səfərbər edirik. Fərdi mükafatlar isə ikinci dərəcəlidir. Əsas məqsədimiz komanda halında mübarizəni sona kimi uğurla davam etdirib, ölkə çempionu olmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə