Cüdo üzrə Azərbaycan Kubokunun seçmə mərhələsinin ikinci dövrəsi başladı

Cüdo üzrə Azərbaycan Kubokunun seçmə mərhələsinin ikinci dövrəsi başladı

Bu gün Bakı İdman Sarayında cüdo üzrə klublararası Azərbaycan Kuboku yarışlarının seçmə mərhələsinin ikinci dövrəsinin görüşləri başlayıb. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın cüdo klublarından - "Kanokan TT", KANO, "Sərhədçi", "Attila Bakı", "Lokomotiv Bakı, "Qəbələ", "Judo 2012" və "Neftçi" iştirak edir.

On çəki dərəcəsi üzrə keçirilən yarışda hər komanda maksimal 10 idmançı (hər çəkidə 1 idmançı olmaqla-3 gənc və 7 böyük) ilə çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə