Xəbər verdiyimiz kimi, Almanyanın paytaxtı Berlində İTB Beynlxalq Turizm sərgisi keçirilib. Siasport.az saytının məlumatına görə, sərgidə iştirak edən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ölkəmiz barədə danışıb. O, AFFA-nın rəsmi saytına açıqlama verib: "Digər sahələrdə olduğu kimi, turizm sferasında da Azərbaycan inkişaf etməkdədir. Ölkənin böyük turizm potensialı var. Relyefinə və təbiətinə görə çox cəlbedicidir. Azərbaycan turistlər üçün təbiəti və qədim abidələri ilə kəşf ediləsi yerdir. "İTB Berlin 2013" turizm sərgisində iştirak etməsi bu ölkəyə olan marağı daha da artıracaq. Bu, bir daha onu göstərir ki, Azərbaycanın bu sahədə tutduğu strategiya doğru və məqsədyönlüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB