Ayın oyunçusu, ayın qolunun və 10.000-ci qolun müəllifi mükafatlandırıldı
Peşəkar Futbol Liqası fevral ayının oyunçusunu və vurulan ən gözəl qolun müəllifini təqdim edib. Siasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu "Neftçi" komandasının hücumçusu Nikolas Kanales seçilib. Ayın qolu nominasiyasında isə "İnter"in yarımmüdafəçisi Asif Məmmədovun vurduğu qol birinci olub.
Qaliblər Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AzerİdmanServis MMC-nin baş direktoru Azər Məhərrəmov tərəfindən mükafatlandırılıblar. Ayın oyunçusu adına layiq görülmüş Nikolas Kanales "Topaz"dan 1500 AZN, Ayın qolu nominasiyasına layiq görülmüş Asif Məmmədov isə 1000 AZN pul mükafatı ilə qazanıb.
Qeyd edək ki, ayın qolu yarışmasında qalibin müəyyənləşdirilməsi üçün www.pfl.az saytında xüsusi səsvermə keçirilib. Ümumilikdə 22.000-dən çox səs qəbul olunub. Ayın futbolçusu isə 38 idman jurnalisti arasında keçirilən səsvermədə təyin edilib.
Tədbirdə həmçinin Azərbaycan Premyer Liqasında vurulan 10.000-ci qolun müəllifi - "Bakı" klubunun futbolçusu Elvin Məmmədova PFL tərəfindən mükafat təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB