Ramin Musayev Foqtsun köməkçiləri barədə nələr dedi?

Ramin Musayev Foqtsun köməkçiləri barədə nələr dedi?

Fevral ayının ən yaxşılarının mükafatlandırılması mərasimində PFL prezidenti Ramin Musayev də çıxış edib. Siasport.az saytının məlumatına görə, R.Musayev millinin məşqçiləri haqqında danışıb. O, millinin məşqçilərini tənqid edib, xüsusilə Foqtsun köməkçilərinin yaxşı işləmədiyini bildirib: "Millinin seleksiyaçı məşqçiləri yaxşı işləmir. Onlar Foqtsa vaxtında məlumat vermirlər ki, Azərbaycanda belə futbolçular var".

Qeyd edək ki, R.Musayev bu barədə "İnter"in futbolçusu Asif Məmmədovun millinin heyətinə dəvət olunmamasına etiraz bildirərkən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə