Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Rəvan"ı 4:1 hesabı ilə məğlub edən "Xəzər Lənkəran" mövsümdə 3-cü dəfə böyük hesablı qələbə qazanıb. Siasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının II turunda "Kəpəz"i, XII turunda indiki kimi "Rəvan"ı məğlub edən "ağ-yaşıllar" bu dəfə də 4 qol vurublar. Lakin həmin 2 matç 4:0 hesabı ilə başa çatıb. Bu dəfə isə "Xəzər Lənkəran" 4:1 hesabına sevinib. Ümumiyyətlə son 4 böyükhesablı qələbə 4 qolla gerçəkləşib. Ötən mövsümün son matçında "Qarabağ" klubu da bu komanda tərəfindən 4:1 hesabı ilə məğlub edilib.
Sonuncu dəfə 123 gün əvvəl – ötən il noyabrın 4-də böyük hesabla qalib gələn "Xəzər Lənkəran" kubokda 2011-ci il noyabrın 30-da belə qələbə qazanıb. Həmin vaxt cənub təmsilçisi "Qaradağ Lökbatan"ı 3 cavabsız qolla məğlub edib.
Bu dəfəki qələbə komanda tarixində 51-ci belə uğurdur. Bunların 12-si Azərbaycan kubokunda qeydə alınıb. 2004/05, 2009/10 və 2010/11 mövsümlərində darmadağın sevinci yaşanmayıb: 2005/06 – 2, 2006/07 – 3, 2007/08 – 3, 2008/09 – 2, 2011/12 – 1, 2012/13 – 1.
"Xəzər Lənkəran" 9 il ərzində ölkə çempionatında 38 böyük hesablı qələbə qazanıb. Premyer Liqada çıxış etdiyi 9 mövsüm ərzində "Xəzər Lənkəran" hər çempionatda ən azı 1 dəfə buna nail olub: 2004/05 – 8, 2005/06 – 1, 2006/07 – 6, 2007/08 – 5, 2008/09 – 5, 2009/10 – 4, 2010/11 – 2, 2011/12 – 5, 2012/13 – 2. Komandanın daha bir darmadağını 2008-ci ildə keçirilən "Birlik kuboku"nda Litva çempionu "Kaunas"la matçda qeydə alınıb – 3:0.
İndiyədək 27 rəqibini böyük hesabla məğlub edən "Xəzər Lənkəran", "Rəvan" üzərində 2-ci dəfə belə qalibiyyət əldə edib: "Gənclərbirliyi" – 6, "Bakı", "Bakılı", MOİK, "Muğan", "Qəbələ" , "Qarabağ" – hərəsi 3, AZAL, "Masallı", "Şahdağ", "Şərur", "Turan" , "Kəpəz" , "Rəvan" – hərəsi 2, ABN, "Ədliyyə", "Göyəzən", "Karat", "İnter-2", "Karvan", "MKT-Araz", "Qaradağ-Lökbatan", "Şəmkir", "Simurq", "Standard", "Sumqayıt", "Kaunas" (Litva) – hərəsi 1.
"Xəzər Lənkəran"ı baş məşqçi əvəzi kimi meydana çıxaran Emin Quliyev komandanın "sükanı arxasında" 2-ci darmadağına sevinib. "Rəvan" üzərində 123 gün əvvəlki qələbənin də memarı məhz o idi. İndiyədək 9 çalışdırıcı böyük hesablı qələbə zamanı komandaya rəhbərlik edib: Ağasəlim Mircavadov - 22 (çempionatda 16 + kubokda 5 + "Birlik kuboku"nda 1), Rasim Kara – 12 (10+2), Mirça Rednik – 4 (3+1), İqor Ponomaryov, Cüneyt Biçer – hər ikisi 3 (3+0), Yunis Hüseynov – 2 (2-0), Emin Quliyev – 2 (1+1), Nazim Süleymanov – 2 (0+2), Viktor Pasulko – 1 (1+0).
Qeyd edək ki, 51 böyük hesablı qələbəsi olan komanda 2 dəfə 9, 2 dəfə 6, 9 dəfə 5, 10 dəfə 4, 28 dəfə 3 top fərqi ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB