Yığmamız Ukrayna komandasına məğlub oldu

Yığmamız Ukrayna komandasına məğlub oldu

Rusiyanın Soçi şəhərində gənclərdən ibarət qadın yığma komandalar arasında təşkil olunmuş "Kuban baharı" beynəlxalq turnirinin qrup mərhələsində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması sonuncu oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Ukraynanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığması ilə qarşılaşan komandamız 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yığmamız bu gün 9-12-ci yerlər uğrunda oyunda Estoniya komandası ilə qarşılaşacaq. Qarşılaşma saat 17:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə