”Xəzər Lənkəran”dan 7-ci, Ramazanovlardan 2-ci het-trik STATİSTİKA

”Xəzər Lənkəran”dan 7-ci, Ramazanovlardan 2-ci het-trik STATİSTİKA

Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Rəvan"la cavab oyunu "Xəzər Lənkəran"ın gənc futbolçusu Ağabala Ramazanov üçün əlamətdar olub. Siasport.az saytının məlumatına görə, o, ağ-yaşıl formada ilk dəfə het-trikə imza atıb. 4:1 hesablı qələbəyə 3 qolla töhfə verən hücumçu klub tarixində 7-ci het-trikin müəllifi olub.

Belə ki, "Xəzər Lənkəran"ın 9 illik tarixində Ağabalaya qədər 6 matçda 1 oyunçu 3 qol vurub. Yalnız Samir Əliyev 2 dəfə het-trik edib. A.Ramazanov bunu bacaran 6-cı futbolçu olub. Klub tarixində ilk belə hadisənin müəllifi də S.Əliyevdir. O, 2004/05 mövsümündə bunu gerçəkləşdirib.

Klubun sonuncu het-triki isə təxminən 3 il yarım, dəqiqi 1219 gün əvvəl olub. Həmin vaxt Mario Souza "Muğan"la kubok oyununda 3 qol vurub.

Ümumiyyətlə "Xəzər Lənkəran"ın 7 het-trikindən 4-ü kubok, 3-ü çempionatda qeydə alınıb. "Ağ-yaşıllar" 5 dəfə evdə, 2 dəfə səfərdə het-trikə imza atıblar.

Rəqib meydanlarındakı son het-trikin də müəllifi Ramazanov olub. Bu, Ağabalanın qardaşı Zaurdur. O, təxminən 6 il, daha dəqiqi 2126 gün əvvəl "Turan"la qarşılaşmada 3 qol vurub.

1. Samir Əliyev, 2004/05, çempionat

6-cı tur. 03.11.2004. "Gənclərbirliyi" – 6:0 (evdə)

2. Oqtay Dərəlioğlu, 2004/05, çempionat

30-cu tur. 03.05.2005. "Ədliyyə" – 6:1 (evdə)

3. Samir Əliyev, 2005/06, kubok

1/16 final, ilk oyun. 24.09.2005. "Şərur" – 5:0 (səfərdə)"

4. Zaur Ramazanov, 2006/07, çempionat

19-cu tur. 12.05.2007. "Turan" – 5:0 (səfərdə)

5. Nadir Nəbiyev, 2007/08, çempionat

19-cu tur. 29.03.2008. "Gənclərbirliyi" – 5:0 (evdə)

6. Mario Souza, 2009/10, kubok

1/8 final. 04.11.2009. "Muğan" – 3:1 (evdə)

7. Ağabala Ramazanov, 2012/13, kubok

1/4 final, cavab oyunu. 07.03.2013. "Rəvan" – 4:1 (evdə)

Lakin Ağabala klub tarixində yeni rekord da müəyyənləşdirməyi bacarıb. Belə ki, o, klub tarixində ən gənc het-trik müəllifidir. Cəmi 2 ay öncə 20 yaşı tamam olan A.Ramazanov 20 yaş 46 günlüyündə het-trikə imza atıb. Bunadək rekord ilk het-trikini 25 yaş 203 günlüyündə 1 oyuna 3 qol vuran Samir Əliyevə məxsus idi.

1. Ağabala Ramazanov – 20 yaş 46 gün

2. Samir Əliyev – 25 yaş 203 gün

3. Samir Əliyev – 26 yaş 163 gün

4. Nadir Nəbiyev – 27 yaş 254 gün

5. Oqtay Dərəlioğlu – 29 yaş 138 gün

6. Zaur Ramazanov – 30 yaş 289 gün

7. Mario Souza – 31 yaş 309 gün

Bütün xəbərlər Facebook səhifəmizdə