Şəhriyarın dünyada birinci edək

Şəhriyarın dünyada birinci edək

Azərbaycanlı futbolçu dünyada həftənin ən gözəl qolunun müəllifi ola bilər. Siasport.az saytının məlumatına görə, "Bakı"nın gənc müdafiəçisi Şəhriyar Əliyevin Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun 68-ci dəqiqəsində "İnter"in qapısına vurduğu qol dünyada həftənin ən gözəl qolları sorğusunda yer alıb.

Portuqaliyanın nüfuzlu TVGOLO portalında keçirilən sorğunun nəticələrinə əsasən, 18,3% səs (3045 səs) toplayan Şəhriyar üçüncü pillədə qərarlaşıb. Sorğunun lideri "PAOK"un hücumçusu Kostas Katsuranisin qolu 32.02% səs (5,329 səs) toplayıb. İkinci pillədə 21.62% səslə (3,598 səs) "Real"ın (Madrid) forvardı Luka Modriç yer alıb.
Şəhriyar hazırda 3-cüdür. Birinci yerlə fərq cəmi 2.284 səs təşkil edir. Bu fərq getdikcə azalmaqdadır.

Qeyd edək ki, siz tvgolo.com saytına girib, səsvermə meyusunda Şəhriyar Əliyevə (siyahıda 6-cı) səs verə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə