"Qarabağ" Zaqataladadır. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın final mərhələsində "Simurq"un qonağı olacaq Ağdam təmsilçisi artıq şimal rayonundadır. Turnir cədvəlində qonşu olan komandaların dueli üçün "ağ-qaralar" Zaqatalaya dünən yollanıb. "Qarabağ"da Branimir Subaşiçin meydana çıxmayacağı dəqiqdir. "Qəbələ" ilə görüşdən öncə əzələsini dartan Maksim Medvedev isə komanda ilə birgə Zaqatalaya yollanıb. Cəza səbəbindən "İnter"lə görüşü buraxan Ansi Aqolli də meydana çıxmağa hazırdır. "Qarabağ" bugün oyunun keçiriləcəyi saatda sonuncu məşqini edərək hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, "Simurq" - "Qarabağ" oyunu sabah saat 17:00-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB