“Rabitə”nin 2 oyunçusu mükafat aldı

“Rabitə”nin 2 oyunçusu mükafat aldı

Xəbər verdiyimiz kimi, İstanbulda voleybolçu qadınlar arasında Çempionlar Liqası yarışlarının "Dördlər finalı" çərçivəsində həlledici oyun keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Rabitə" finalda Türkiyənin "Vakıfbank" komandasına məğlub olaraq yarışın gümüş medalına sahib olub. İtaliyanın "Yamamay" kollektivi isə bürünc medal qazanıb.

Final qarşılaşmasından sonra turnirin müxtəlif nominasiyaları üzrə ən yaxşı voleybolçular mükafatlandırılıb. "Rabitə"nin voleybolçuları Nataşa Krismanoviç "Ən yaxşı blokçu", Madaleyna Montano isə "Ən çox xal toplayan voleybolçu" nominasiyasının qalibi olub.
Mükafatçılar arasında Rosir Kaleron ("Qalatasaray", Türkiyə), Maren Brinker ("Yamamay"), Gizem Güresen ("Vakıfbank"), Yuko Sano ("Qalatasaray"), Naz Aydemir ("Vakıfbank") və Yovana Brakoçeviç ("Vakıfbank") yer alıb.
Sonda hər üç komandaya müvafiq olaraq medallar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə