Azərbaycan klubu Çempionlar Liqasında ikinci oldu

Azərbaycan klubu Çempionlar Liqasında ikinci oldu

"Rabitə" ötən ildə olduğu kimi həlledici matçda Türkiyə təmsilçisi "Vakıfbank"la qarşılaşmada rəqibinin öhdəsindən gəlməyi bacarmayıb

Qadınlardn ibarət "Rabitə" voleybol komandası Çempionlar Liqasının finalında uduzaraq gümüş medalla kifayətlənib. Məlumata görə, təmsilçimiz həlledici qarşılaşmada Türkiyənən "Vakıfbank" klubuna məğlub olub.

Qeyd edək ki, bu komandalar ötən il də Çempionlar Liqasının finalında qarşılaşmışdılar. Həmin matç da "Vakıfbank"ın qələbəsilə bitmişdi. Çempionlar Liqasında üçüncü yeri isə yarımfinalda "Rabitə"yə uduzan İtaliyanın "Yamamay" klubu tutub.

"Yamamay" təsəlliverici matçda Türkiyənin digər təmsilçisi "Qalatasaray"ı 3:2 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə