“Karvan” qayıtdı

Azərbaycanın futbol tarixində xüsusi izi olan "Karvan" yenidən futbol sahəsinə qayıdıb. Siasport.az saytının məlumatına görə, ölkə çempionatının gümüş və bürünc mükafatçısı "Karvan" bundan sonra həvəskar liqada yarışacaq.

Heyətə əsasən 1996 və 1997-ci ildə doğulan oyunçular cəlb olunublar. Maraqlı məqam ondan ibarətdir ki, futbolçular maaşsız oynamağa razı olublar. Ancaq komandanın səfər xərcləri qarşılanacaq.

Qeyd edək ki, "Karvan" son olaraq birinci divizionda iştirak etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə