“Con Toşak Azərbaycan futbolu üçün böyük addır”

“Con Toşak Azərbaycan futbolu üçün böyük addır”

"İnter"in makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski Con Bencamin Toşakın "Xəzər Lənkəran"ın sükanı arxasına keçməsinə münasibətini açıqlayıb. Siasport.az saytının məlumatına görə, uelsli çalışdırıcının son iş yeri məhz Makedoniya yığması olub. Amma onun çalışdığı dönəmdə Georgiyevski Makedoniya millisinə dəvət olunmayıb. Buna baxmayaraq, makedoniyalı futbolçu bu mütəxəssisin ölkəmizə gəlişi haqda xoş sözlər dilə gətirib: "Belə bir mütəxəssisin Azərbaycanda çalışmağa razılıq verməsi çox yaxşıdır. Onun təkcə Madrid "Real"ında çalışması çox şeydən xəbər verir. Toşak Makedoniya yığmasında çalışanda artıq mən komandada deyildim. Amma bütün komanda yoldaşlarım Toşakı tərifləyirdilər. Onun yaxşı mütəxəssis olduğunu bildirirdilər. Toşak Makedoniya millisində az çalışdı. Ona çox vaxt vermədilər. Bu mütəxəssisin Lənkərandakı fəaliyyətinin necə alınacağını indidən demək çətindir. Hər şeyi zaman göstərəcək. Con Toşak Azərbaycan futbolu üçün böyük addır". //Azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə