"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Con Bencamin Toşak olacaq. Siasport.az saytının məlumatın görə, 64 yaşlı britaniyalı mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacaq. O, martın 15-də "Xəzər Lənkəran"a qovuşacaq.
Toşak 1949-cu ildə Uelsin Kardiff şəhərində doğulub. O, peşəkar futbolçu karyerasını 16 yaşında doğma şəhərində başlayıb. Toşak çıxış etdiyi liqada ən cavan oyunçu olaraq bununla rekord müəyyənləşdirib və bu rekord 41 il davam edib. Con futbolçu karyerası ərzində "Kardiff Siti" (1965-1970), "Liverpul" (1970-1978) və "Svensi Siti" (1978-1984) klublarında oynayıb. O, həmçinin U-23 Uels milli komandasının və Uelsin əsas millisinin şərəfini qoruyub.
Toşak zəngin məşqçilik karyerası ilə diqqəti cəlb edir. Belə ki o, karyerası ərzində 16 klubu, o cümlədən "Real Madrid", "Real Sosyedad", "Deportivo" və "Beşiktaş" kimi nüfuzlu komandaları çalışdırıb və onlarla bir çox uğurlara imza atıb. Məsələn Toşak "Svensi Siti" klubu ilə Uels Kubokunu (1980/81, 1981/82, 1982/83), "Real Sosyedad"la İspaniya kubokunu (1986/87), "Real Madrid"lə çempionluğu (1989/90), "Deportivo" ilə Superkuboku (1995), "Beşiktaş"la Türkiyə kubokunu (1997/98) qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB