UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça" çətin Çexiya səfərindən qələbə ilə ayrılıb. İstanbul təmsilçisi yerli "Viktoriya" klubunu 1:0 hesabı ilə məğlub edib. Rusiya "Zenit"i İsveçrə "Bazel"inə 0:2 hesabı ilə məğlub olub. Rumıniya "Styau"su İngiltərə "Çelsi"sindən 1:0 hesabı ilə üstün olub. Eyni hesabla Portuqaliya "Benfika"sı Fransa "Bordo"sunu eyni hesabla məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB