BOA BOK-a etiraz məktubu göndərib

BOA BOK-a etiraz məktubu göndərib

"Beynəlxalq Olimpiya Akademiyası (BOA) güləş idman növünün Olimpiya Oyunlarından çıxarılmasına kəskin etirazını bildirib". Siasport.az saytının məlumatına görə, bu sözləri Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, güləşin Olimpiya Oyunlarından çıxarılması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) etiraz məktubu göndərilib: "Güləş Olimpiya Oyunlarının tarixində qədim rola malik olan idman növüdür. Biz bütün səylərimizi güləşin Olimpiya Oyunlarının siyahısında saxlanılmasına yönəldəcəyik. Azərbaycanın idman tarixində güləşin müstəsna rolu var".

Bütün xəbərlər Facebook səhifəmizdə