Qurban Qurbanov: "Komanda sona kimi mübarizə apardı"

Qurban Qurbanov: "Komanda sona kimi mübarizə apardı"

Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Qəbələ" oyununda hesab açılmayıb - 0:0. Səfərdə vurulan qolun üstünlüyü sayəsində Ağdam təmsilçisi növbəti mərhələdə "Neftçi"nin rəqibi olub. Siasport.az saytı hər iki klubun baş məşqçisinin fikirlərini təqdim edir:

Ramiz Məmmədov, "Qəbələ" klubunun baş məşqçisi: "Komandanın göstərdiyi oyundan razı qaldım. Üç real qol epizodundan istifadə edə bilmədik. Bəxt bu gün "Qarabağ"ın tərəfində oldu".

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "İlk oyunda qazandığımız sərfəli nəticə bu gün işimizə yaradı. Komanda sona kimi mübarizə apardı, lazımi nəticəni qaznandıq. Hər iki cəbhədə sonadək mübarizə aparacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə