Azərbaycan kubokunun ¼ final mərhələsinin "Xəzər Lənkəran" - "Rəvan" oyununda cənub təmsilçisi rəqibini 4:1 hesabı ilə məğlub edərək inamlı qələbə ilə adını yarımfinalçılar sırasına yazdırıb. Siasport.az saytı oyundan sonra baş məşqçilərin səsləndirdikləri fikirləri nəzərinizə çatdırır:
Ramil Əliyev, "Rəvan" klubunun baş məşqçisi: "14 günə 4 oyun oynadıq. Belə sıx qrafiklə oynamaq bizə çətindir. Bu məğlubiyyətlə ölkə kuboku ilə vidalaşdıq. Çempionatda daha yaxşı çıxış edib turnir cədvəlində yerimizi yaxşılaşdırmalıyıq".
Emin Quliyev, "Xəzər Lənkəran" klubunun məşqçisi: "Premyer Liqada ilk altılıqdan kənarda qalmışıq. Bu gün qalib gəldik, növbəti mərhələyə adladıq. Bütün gücümüzü sərf edib kuboku qazanmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB