Messi “Barselona”dan gedəcəyini açıqladı

Messi “Barselona”dan gedəcəyini açıqladı

"Barselona"nın argentinalı ulduzu Lionel Messi komandadan ayrılmağı düşünür. Kataloniya təmsilçisinin azarkeşləri Messinin karyerasının sonuna qədər "Barselona"da qalacağına ümidli olsa da, futbolçu özü belə fikirləşmir. Çünki Messi karyerasını öz vətənində bitirmək istəyir.

Belə ki, Messi karyerasını 1995-2000-ci illərdə oynadığı "Nyuels Old Boyz"da bitirmək arzusundadır:

"Hələ nə qədər futbol oynayacağımı deyə bilmərəm. Lakin bir şey dəqiqdir ki, "Nyuels Old Boyz"a qayıdacağam. Mən bunu edəcəm. Çünki karyeramı bu komandada bitirmək, Argentina futbolu da oynamaq istəyirəm".

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi 2018-ci ildə başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə