Ramin Musayev Konrad Plautzla görüşdü

Ramin Musayev Konrad Plautzla görüşdü

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hakim Anar Salmanovun UEFA-nın istedadlar qrupunda mentoru olan Konrad Plautzla görüşüb. Siasport.az saytının məlumatına görə, Konrad Plautz bu gün keçiriləcək Azərbaycan kubokunun 1/4 final mərhələsinin "İnter" - "Bakı" cavab görüşündə Anar Salmanovun hakimliyini izləyəcək. Axırıncı dəfə 1996-cı ildə Bakıda olduğunu bildirən Konrad Plautz dünən axşam Bakını gəzdiyini və şəhərimizin çox gözəl olduğunu qeyd edib.

Konrad Plautz Anar Salmanovla bağlı fikirlərini də bildirib: "Onu ilk dəfə gördüyümdən indiyə kimi çox böyük irəliləyişə nail olub, yerində saymayıb, öz üzərində çalışır və tapşırıqlarımı yerinə yetirir. İlk dəfədir ki, Azərbaycana mentor proqramı çərçivəsində nümayəndə gəlir, bu, sizin xeyrinizədir. Burada gördüklərimi Mark Battaya, Pierluidji Kollinaya və Jozef Markoya məruzə edəcəm. Bu, Anar Salmanov üçün gələcəyə açılmış bir pəncərədir".
Qeyd edək ki, görüşün sonunda Ramin Musayev və Konrad Plautz bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə