Rusiyanın Soçi şəhərində gənclərdən ibarət qadın yığma komandaları arasında təşkil olunmuş "Kuban baharı" beynəlxalq turnirində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Rumıniyanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığması ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yığmamız turnirdə növbəti oyununu sabah saat 17:30-da Estoniya komandasına qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB