Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək

Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandası ilə birgə F qrupunda mübarizə aparan Lüksemburq yığması martın 26-da yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytının məlumatına görə, millimizin rəqibi Josy Barthel stadionunda Finlandiya yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, DÇ-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq - Azərbaycan oyunu martın 22-də, Azərbaycan - Lüksemburq qarşılaşması isə iyunun 7-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə