Futbol üzrə UEFA Çempionar Liqasının 1/8 final mərhələsinin daha iki cavab qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, "Yuventus" ilk qarşılaşmada 3:0 hesabı ilə məğlub etdiyi Şotlandiya "Seltik"inə cavab oyununda da aman verməyib. "Qoca sinyora" öz meydanında şotlandiyalı qonaqları 2:0 hesabı ilə məğlub edib. Günün digər qarşılaşmasında isə, Fransa "PSJ"-si öz meydanında "Valensiya"nı qəbul edib. İlk qarşılaşmada səfərdə ispanlara 2:1 hesabı ilə qalib gələn franszılar, cavab oyununda rəqiblə 1:1 hesablı nəticəyə razılaşıblar. İki oyunun nəticəsinə görə növbəti mərhələyə "PSJ" adlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB