"Simurq"a qarşı matçda əvəzetmədən meydana daxil olan Elxan Əzizov açıqlamasında meydana çıxarkən Mahmud Qurbanovun ona verdiyi tapşırıqlardan danışıb. Siasport.az saytının məlumatına görə, o, meydanda baş məşqçinin təlimatına uyğun mübarizə apardığını vurğulayıb: "İsinmə hərəkətləri edərkən Mahmud müəllim məni yanına çağırıb, meydana çıxmağımı istədi. O, qabağa oynamağı və rəqib müdafiəçiləri yayındırmaq üçün meydanda tez-tez açılmalı olduğumu bildirdi. Hücumçuyam, məşqçimiz zaqatalalı arxa xətt oyunçularının yorulmasından yararlanmağı tapşırmışdı. Amma "Simurq" səhfsiz oynadı. Bu üzdən tapşırılanı yerinə yetirmək mümkün olmadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB