Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi"nin qonağı olacaq "Simurq" qarşılaşmanın oynanılacağı "Bakcell Arena"da son məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, yüngül qaçış və isinmə hərəkətlərindən sonra Georgi Çixradzenin yetirmələri qısa ötürmələr və taktiki tapşırıqları yerinə yetiriblər. Bundan sonra ikitərəfli futbol oynanılıb. Sonda isə fərdi olaraq bəzi futbolçular qapıya zərbələr üzərində çalışıb.
Zaqatala təmsilçisinin heyətində Rasim Ramaldanov zədə səbəbindən, Nicat Qurbanov və Eyyub Əliyev isə icarə müqaviləsinin şərtlərinə görə bu görüşdə forma geyinə bilməyəcək.
Qeyd edək ki, "Neftçi" - "Simurq" oyununu Əliyar Ağayev idarə edəcək.
"Neftçi" – "Simurq"
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Munis Abdullayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Baksel Arena stadionu. 17:00
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB