"Rəvan" futbol klubu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu üçün artıq Lənkərandadır. Siasport.az saytının məlumatına görə, dünən komanda uzun yol yorğunluğunu təxminən 2-3 saatlıq istirahətlə çıxardıqdan sonra Lənkəran şəhər mərkəzi stadionuna yollanıb. Saat 17:00-da başlayan və 1 saat davam edən məşqdə futbolçular isinmə hərəkətlərindən sonra əvvəlcə azacıq da olsa, fiziki hazırlıq üzərində çalışıb. Ardından "kvadratlar"la dar sahədə topu özündə saxlamaq qabiliyyətini nümayiş etdirən futbolçular məşqin sonunda qapıya zərbələr üzərində işləyib.
Qeyd edək ki, zədədən əziyyət çəkən və bu üzdən "Bakı" ilə oyunda forma geyinməyən Nikolay Orlovskinin durumu qənaətbəxşdir. Onun Lənkəranda meydana çıxacağı gözlənilir. Amma komandanın digər legioneri Samuel Barlay zədəlidir və o, "Xəzər Lənkəran"a qarşı matçda iştirak etməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB