Beynəlxalq Olimpiya Akademiyasının prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelosun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Siasport.az saytının məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üstünə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" memorialı önünə gül qoyublar.

Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər Xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə