"Neftçi" PFK-nın xarici şirkətlərlə müqaviləsinə əsasən klubun oyunlarında futbolçuların fərdi keyfiyyətlərinin tam şəkildə analizi məqsədilə, "Bakcell" Arenada müxtəlif rakurslarda xüsusi kameralar quraşdırılıb. Siasport.az saytının məlumatına görə, "Neftçi" PFK-nın sifarişi ilə xarici şirkət nümayəndələri tərəfindən 3 gün ərzində stadionda müvafiq hazırlıq işləri aparılıb. Müqaviləyə əsasən "Neftçi" PFK-nın bütün oyunlarında futbolçuların fiziki aktivliyi və göstəriciləri tam şəkildə analiz edilərək operativ surətdə kluba təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB