Azərbaycan gimnastları Qran-pri turnirində mübarizə aparacaqlar

Sabah İsrailin Holon şəhərində bədii gimnastika üzrə beynəlxalq Qran-pri turniri başlanacaq. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın üç qadın idmançısı iştirak edəcək. Senyorkaların turnirində Lalə Yusifova və Ayişə Mustafayeva, yeniyetmələrin turnirində isə Jalə Piriyeva çıxış edəcəklər.

Gimnastlara Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva və onun köməkçisi Yasena Kuyumciyeva rəhbərlik edəcək. Qran-pri turnirinin hakimlərindən biri Natalya Bulanovadır.

Qeyd edək ki, turnir iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə